Tramp Fentanili "Kütləvi Qırğın Silahı" elan edən icra fərmanını imzalayıb
ABŞ Prezidenti Donald Tramp fentanili "kütləvi qırğın silahı" kimi təyin edən bir fərman imzalayıb.
Oval Ofisdə keçirilən mərasimdə fərmanı imzalayan Tramp, fentanilin ölkə üçün "ölümcül təhlükə" yaratdığını söyləyib. O, "Heç bir bomba bunun etdiyini etmir" , - deyib və hər il 200.000 ilə 300.000 arasında insanın fentanildən öldüyünü iddia edib. Prezident Tramp həmçinin iddia edib ki, vəzifəyə gəldikdən bəri ölkə sərhədi "ən güclü sərhəd"ə çevrilib və fentanili "kütləvi qırğın silahı" elan edib. Ağ Evdən verilən açıqlamada bildirilir ki, fərman çərçivəsində Ədliyyə Nazirliyi fentanil qaçaqmalçılığı ilə bağlı araşdırmaları və məhkəmə təqiblərini artıracaq və Xəzinədarlıq və Dövlət Departamentləri bu fəaliyyətlərlə əlaqəli şəxslərə və qurumlara maliyyə sanksiyaları tətbiq edəcək.
Fərmanda fentanilin "narkotikdən daha çox kimyəvi silaha yaxın olduğu" bildirilirib. Sintetik ağrıkəsici olan fentanil tibbi tədqiqatlarda morfindən 100 dəfə güclü və cəmi 2 milliqram dozada qəbul edildikdə ölümcül olduğu göstərilibdir. ABŞ-də on minlərlə insanın ölümünə səbəb olan fentanilin Meksikada Çindən qaçaqmalçılıq yolu ilə gətirilən və sonra qanunsuz olaraq ABŞ-ə gətirilən kimyəvi maddələrdən istifadə edilərək istehsal olunduğuna inanılır.
TRT Xəbər
Xədicə Məhərrəmli
