00:00:00
Yazar
Güllər Gülhüseynova
22.03.2026 09:31 8 1 dəq oxuma
Dünya

Tramp İrana Hörmüz boğazını açmaq üçün 48 saat vaxt verib

Tramp İrana Hörmüz boğazını açmaq üçün 48 saat vaxt verib

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp 48 saat ərzində Hörmüz boğazı gəmilərin sərbəst keçidi üçün tam açılmayacağı təqdirdə, İranın elektrik stansiyalarına zərbələr endirməyə hazır olduğunu bəyan edib.

 

"İnformator.az" xəbər verir ki, müvafiq paylaşım Amerika liderinin "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

 

"Əgər İran indidən etibarən 48 saat ərzində Hörmüz boğazını tam şəkildə, heç bir təhlükə olmadan açmazsa, ABŞ zərbə endirəcək və ən böyüyündən başlayaraq onların çoxsaylı elektrik stansiyalarını məhv edəcək!" - məlumatda bildirilib.

 

İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının rəsmi nümayəndəsi martın 11-də bildirib ki, Tehran Hörmüz boğazı vasitəsilə ABŞ və onun müttəfiqləri ilə əlaqəli hər hansı yanacaq yüklərinin daşınmasına imkan verməyəcək. Bu strateji əhəmiyyətli su yolu vasitəsilə bütün dünya üzrə neft ixracının təxminən beşdə biri həyata keçirilir. Martın 15-də İran tərəfi xəbərdarlıq edib ki, düşməni geri çəkilməyə məcbur etmək üçün bütün mövcud vasitələrdən, o cümlədən Hörmüz boğazında gəmiçiliyə nəzarətdən istifadə etməyə hazırdır.

#verib #boğazını #xəbər #baki #saat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər