Tramp müharibə elan etməyib, yalnız bunları deyib
ABŞ Prezidenti Donald Tramp Venesuelaya müharibə elan etməyib. Xalqa müraciətində o, Venesuela və Ukrayna haqqında bir kəlmə belə danışmayıb.
“İnformator.az” xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Amma o özünü prezident kimi tərifləyib. Əsasən də:
1. Cənub sərhədi ilk dəfə olaraq miqrantlardan qorunur;
2. İlk dəfə miqrant axınının qarşısı alınıb;
3. Cənubdan dəniz yolu ilə narkotik axını 95% azalıb;
4. ABŞ ordusu güclənib;
5. Hamı Amerikaya hörmət edir”, - o bildirib.
Qeyd edək ki, Trampın çıxışında Venesuelaya quru əməliyyatının başladığını elan edəcəyi haqda iddia yayılmışdı.
