00:00:00
Yazar
Aydan Əsgərxanlı
08.07.2026 19:38 28 1 dəq oxuma
Siyasət

Tramp: "Putin Rusiya və Ukrayna liderlərinin görüşünün Moskvada keçirilməsini istəyir"

Tramp: "Putin Rusiya və Ukrayna liderlərinin görüşünün Moskvada keçirilməsini istəyir"

ABŞ Prezidenti Donald Tramp özü ilə Rusiya Prezidenti Vladimir Putinin Rusiya və Ukrayna liderlərinin mümkün görüşünü müzakirə etdiklərini bildirib.


"İnformator.az" xəbər verir ki, bu barədə "Caliber" "Clash Report"a istinadən məlumat yayıb.

 

 

Tramp görüşün gələcəkdə baş tutacağına əmin olduğunu qeyd etsə də, onun harada keçiriləcəyinin hələlik bəlli olmadığını bildirib. ABŞ prezidentinin sözlərinə görə, Putin görüşün Moskvada keçirilməsini təklif edib.

 

Bundan sonra Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən Moskvaya gedib-getməyəcəyini soruşub. Zelenski isə buna belə cavab verib: "Bu, çətin olacaq. Orada çoxlu Ukrayna dronu var".

#yeni #"putin #görüşünün #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər