00:00:00
Yazar
Elmira Ağayeva
09.07.2026 19:06 62 3 dəq oxuma
Siyasət

Tramp: "Rusiyanın enerji infrastrukturuna zərbələr müharibənin taleyini dəyişə bilər"

Tramp: "Rusiyanın enerji infrastrukturuna zərbələr müharibənin taleyini dəyişə bilər"

 

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyanın enerji obyektlərinə endirdiyi zərbələrin müharibənin gedişinə təsir edə biləcəyini bildirib. Onun sözlərinə görə, bu cür hücumlar Rusiyanın imkanlarını zəiflədərək münaqişənin daha tez başa çatmasına şərait yarada bilər. Ekspertlər isə bu yanaşmanın hərbi, siyasi və diplomatik nəticələrini müzakirə edirlər.

 

Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az” a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin səbəbkarı Amerika Birləşmiş Ştatlarıdır:

 

“Amerika Birləşmiş Ştatları Rusiyanı özünə düşmən bilir və "Amerika imperatorluğu"na təhlükə yaradacaq bir dövlət kimi bilir. "İmperatorluğu" qorumaq üçün isə Rusiyanı super dövlət kimi zəiflətmək, Rusiyanı dünya siyasi xəritəsindən təcrid etmək lazım idi. Bu baxımdan, uzun müddətdir ki, Amerika Birləşmiş Ştatları Rusiya ətrafında demokratiya ideyası altında dövlət çevrilişi edərək, özlərinə münasib şəxsləri hakimiyyətə gətirərək, onu Rusiya əleyhinə istifadə etdilər.Amerika Birləşmiş Ştatlarında kimin hakimiyyətdə olmasından asılı olmayaraq, uzun müddətdir ki, bu siyasət həyata keçirilməkdədir və planlaşdırılmış münaqişə -yəni Rusiya-Ukrayna münaqişəsi Amerika Birləşmiş Ştatlarının strateji planının tərkib hissəsidir. Və bu münaqişəni Amerikanın indiki prezidenti Tramp dayandıracaq gücdə deyil, çünki dayandırarsa onun impiçment məsələsi gündəmə gələ bilər. Bu baxımdan, sadəcə, Tramp taktiki gedişlərdə fərqli addımlar atır. Hətta seçkilər dövründə bəyan etmişdi ki, hakimiyyətə gəldiyi halda, qısa bir müddətdə bu münaqişəni dayandıracaqdır. Məsələnin köklü araşdırılmasından sonra aydın oldu ki, bu münaqişə dayandırıla bilməz, çünki Amerikanın strategiyasıdır.
Faktiki olaraq verdiyi bəyanatlar bu münaqişənin uzanmasına hesablanıb və Ukrayna siyasi hakimiyyətinə siyasi dəstək xarakteri daşıyır Rusiyanın enerji mənbələrini vurmaqla onu məğlub etmək olmaz. Əslində, Rusiya-Ukrayna savaşı deyil, faktiki olaraq, Rusiya-NATO savaşıdır. Ukrayna sadəcə bir poliqon, Amerikanın, Qərbin əlində bir alətdir. Bildiyiniz kimi, bu münaqişədə Rusiya Ukraynanın 20% ərazisini işğal edib. Və faktiki, bu münaqişədə NATO həm hərbi müstəvidə, həm də siyasi müstəvidə məğlub tərəfdir. Sadəcə əziyyət çəkən Ukrayna xalqıdır. Ukrayna xalqını bu oyuna qurbanlıq kimi qatıblar. ABŞ prezidenti Trampın Zelenskiyə siyasi dəstək xarakterli bu mövqeyi sadəcə münaqişəni qızışdırmaq xarakteri daşıyır”.
 

Politoloqun sözlərinə görə, məsələ də burasındadır ki, Zelenskinin avantürist siyasəti bu gün Ukrayna xalqını cəhənnəmə sürükləyib:

 

“Zelenski bu proseslərdə bir alətdir və hakimiyyətə də gətirilməkdə məqsəd bu idi ki, Ukrayna xalqını bu münaqişəyə sürükləməklə Rusiyanı bataqlığa cəlb eləsin. Amma məsələ də burasındadır ki, Rusiyanın hərbi maşınları irəliləyir və yeni torpaqlar əldə edilirlər.Ümumiyyətlə, Rusiyanı dünya siyasət xəritəsindən təcrid eləmək üçün onun ətrafında qaynar ocaqlar yaratmaq və iqtisadi vəziyyətini çətinləşdirərək sosial bir partlayış yaratmaq istəyirlər. Və tətbiq edilən sanksiyalar da sosial vəziyyəti gərginləşdirməyə hesablanmışdı ki, nəticədə Rusiyada inqilabi situasiya yaranacaq və Putin hakimiyyəti devriləcək. Bu plan isə özünü doğrultmadı.

Bu gün Ukrayna prezidentini həvəsləndirirlər. Necə ki, Böyük Britaniyanın keçmiş Baş naziri Conson Zelenskini təhrik elədi, İstanbul razılaşmasından imtina etdirdi. Əgər  2022-ci ildə İstanbul razılaşması icra olunsaydı, Ukrayna nə bu qədər ərazi itirərdi, nə də bu qədər ziyan çəkərdi. İndi də Tramp Zelenskini bu cür qızışdıraraq, Rusiyanın dərinliklərini vurmaqla həvəsləndirir. Hesab edirəm ki, bu cürə bəyanatlar sadəcə münaqişəni uzadacaq, Ukrayna xalqını daha çox fəlakətə sürükləyəcəkdir ”.

 

Mələk Hüseynova

#ABŞ #Rusiya #Tramp #Ukrayna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər