00:00:00
Yazar
Admin User
19.12.2025 16:47 91 2 dəq oxuma
Dünya

Tramp Venesuelaya qarşı hərbi əməliyyat ehtimalını istisna etmədiyini bildirib

Tramp Venesuelaya qarşı hərbi əməliyyat ehtimalını istisna etmədiyini bildirib

 

ABŞ Prezidenti Donald Tramp sanksiyalara məruz qalan bütün Venesuela neft tankerlərinin bloklanması əmrini verdikdən sonra Venesuelaya qarşı hərbi əməliyyat ehtimalını istisna etmədiyini bildirib.

NBC News-a telefonla danışan Tramp ABŞ-Venesuela gərginliyi ilə bağlı şərh verib. Tramp bildirib ki, Venesuelaya qarşı hərbi əməliyyat ehtimalını istisna etməyib və bu da daha çox neft tankerinin ələ keçiriləcəyini göstərir.
Vaxt barədə soruşulduqda Tramp cavab verib: "Bu, vəziyyətdən asılıdır. Əgər onlar üzməyə davam edəcək qədər axmaqdırlarsa, limanlarımızdan birinə qayıdacaqlar".
Tramp son məqsədinin Venesuela Prezidenti Nikolas Maduronu devirmək olub-olmadığı ilə bağlı suala cavab verməkdən imtina edərək deyib: "O, mənim nə istədiyimi dəqiq bilir. Bunu hamıdan yaxşı bilir".

16 dekabrda Tramp Venesuela rejimini "xarici terror təşkilatı" kimi tanıdıqlarını bəyan edərək bildirib ki, "Venesuela Cənubi Amerika tarixinin ən böyük donanması ilə tamamilə əhatə olunub. Bu donanma böyüyəcək və onlara əvvəllər heç vaxt görmədikləri bir şok verəcək". Tramp, Venesuela ABŞ-nin oğurladığını iddia etdiyi bütün neft, torpaq və digər aktivləri geri qaytarana qədər bu mühasirənin davam edəcəyini bildirib və əlavə edib: "Buna görə də bu gün Venesuelaya daxil olan və çıxan bütün sanksiyalı neft tankerlərinin bloklanmasını əmr edirəm". Tramp əlavə edib ki, "Amerika düşmən rejimin neftimizi, torpağımızı və ya digər aktivlərimizi ələ keçirməsinə icazə verməyəcək. Bütün bu aktivlər dərhal ABŞ-ə qaytarılmalıdır".


TRT Xəbər
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər