00:00:00
Yazar
Admin User
13.12.2025 19:48 113 1 dəq oxuma
Dünya

Trampdan Suriyada hərbçilərin öldürülməsinə reaksiya

Trampdan Suriyada hərbçilərin öldürülməsinə reaksiya

ABŞ Prezidenti Donald Tramp Suriyada amerikalı iki əsgərin və bir mülki tərcüməçinin öldürülməsinə münasibət bildirib.

 

"İnformator.az"xəbər verir ki, o, itkiyə görə kədərləndiyini bildirib və üç yaralı əsgər üçün də dua etdiyini deyib.

 

“Bu, Suriyanın çox təhlükəli bir hissəsində, onların tam nəzarətində olmayan bir yerdə ABŞ-yə və Suriyaya qarşı İŞİD hücumu idi. Suriya Prezidenti Əhməd Şara bu hücumdan son dərəcə qəzəbli və narahatdır. Çox ciddi cavab tədbirləri görüləcək”, - deyə Tramp qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər