00:00:00
Yazar
Admin User
16.12.2025 17:33 87 1 dəq oxuma
Dünya

"Trampın açdığı 5 milyard dollarlıq böhtan iddiasında müdafiə aparacağıq"

"Trampın açdığı 5 milyard dollarlıq böhtan iddiasında müdafiə aparacağıq"

ABŞ-nin prezidenti Donald Tramp 6 yanvar 2021-ci il tarixli çıxışının Panorama sənədli filmində montaj edilərək təhrif olunmasına görə BBC-yə qarşı 5 milyard dollarlıq məhkəmə iddiası qaldırıb.

 

 Floridada qaldırılan iddia sənədlərinə əsasən, Tramp BBC-ni böhtan atmaqda və kommersiya təcrübəsi qanunlarını pozmaqda ittiham edir. BBC ötən ay Trampdan üzr istəyib, lakin təzminat tələblərini rədd edib və böhtan iddiası üçün heç bir əsasın olmadığını bildirib. Trampın hüquq komandası BBC-ni “çıxışını qəsdən, pis niyyətlə və aldadıcı şəkildə təhrif edərək böhtan atmaqda” günahlandırır. BBC isə iddianın qaldırılmasından sonra verdiyi açıqlamada qurumun müdafiə aparacağını bəyan edib.

 

 

BBC NEWS

 Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər