Trampın hücumu ilə ABŞ səhmləri və dollar ucuzlaşıb
Prezident Donald Trampın ABŞ mərkəzi bankının rəhbərinə, faiz dərəcələrini endirmədiyinə görə onu “əsas itki” adlandırmasına qarşı hücumlarını gücləndirməsi ilə ABŞ səhmləri və dollar yenidən ucuzlaşıb.
Sosial mediada yazdığı bir yazıda Tramp, Federal Ehtiyat Sisteminin sədri Jerome Powell-i iqtisadiyyatı gücləndirməyə kömək etmək üçün "qabaqcadan" faiz dərəcələrini azaltmağa çağıraraq, Powellin iqtisadi inkişaflara cavab verməkdə davamlı olaraq çox yavaş olduğunu söyləyib.
"Əsas itirən cənab Too Late faiz dərəcələrini İNDİ aşağı salmasa, iqtisadiyyatın yavaşlaması ola bilər",- deyə o yazıb.
Trampın Pauellin ABŞ iqtisadiyyatı ilə bağlı rəftarını tənqid etməsi, onun tariflərlə bağlı planlarının birja satışına səbəb olduğu və iqtisadi tənəzzül qorxusunu artırdığı bir vaxta təsadüf edir.
Prezidentin ilk dövründə Fed-ə rəhbərlik etmək üçün adını çəkdiyi Pauell ilə güclənən toqquşması bazardakı qarışıqlığı daha da artırıb.
ABŞ-nin ən böyük 500 şirkətini izləyən S&P 500 bazar ertəsi günü təxminən 2,4% ucuzlaşıb. İlin əvvəlindən bu yana dəyərinin təxminən 12%-ni itirib.
Dow Jones Industrial Average 2.5% azalaraq bu il indiyədək təxminən 10% azalıb, Nasdaq isə 2.5%-dən çox düşüb və yanvar ayından təxminən 18% ucuzlaşıb.
Dollar və ABŞ dövlət istiqrazları adətən bazar qarışıqlıqları zamanı təhlükəsiz aktivlər hesab edilsə də, son turbulentlikdən xilas ola bilməyiblər.
Dolların Avro da daxil olmaqla bir sıra valyutalara qarşı gücünü ölçən dollar indeksi bazar ertəsi günü 2022-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
İnvestorlar Xəzinədarlıqların saxlanması üçün daha yüksək gəlir tələb etdiyi üçün ABŞ dövlət borcunun faiz dərəcələri də artıb.
Asiya-Sakit okean regionunda əksər əsas fond indeksləri üzrə ticarət çərşənbə axşamı günortadan sonra səngiyib.
Yaponiyanın Nikkei 225 və Sidneydəki ASX 200 qiymətləri təxminən 0,1% aşağı idi. Hong Kong Hang Seng təxminən 0,2% yüksək olub.
Bu arada, qızılın qiyməti yeni rekord həddə çatıb, çünki investorlar "təhlükəsiz sığınacaq" adlanan aktivləri axtarmağa başlayıblar.
Spot qızıl bazar ertəsi ilk dəfə bir unsiya üçün 3400 dolları (2563 funt sterlinq) keçib.
Qiymətli metal iqtisadi qeyri-müəyyənlik dövründə pul qoymaq üçün daha təhlükəsiz yer hesab olunur.
BBC
Nəzrin Məmmədova