00:00:00
Yazar
Nərmin Həşimova
08.07.2026 19:52 26 1 dəq oxuma
Siyasət

Trampın sülh mesajı: Rusiya-Ukrayna danışıqları yeni mərhələyə keçir?

Trampın sülh mesajı: Rusiya-Ukrayna danışıqları yeni mərhələyə keçir?

Donald Tramp Rusiya və Ukrayna prezidentlərinin razılıq əldə etmək istədiklərini açıqlayıb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Donald Trampın Rusiya və Ukrayna liderlərinin razılığa dair açıqlaması ilk növbədə diplomatik prosesə siyasi impuls vermək məqsədi daşıyır:


“Tərəflərin danışıqlara hazır olduqlarını bəyan etməsi müharibənin dərhal başa çatacağı anlamına gəlmir. Çünki əsas fikir ayrılıqları – işğal olunan ərazilərin statusu, təhlükəsizlik təminatları, sanksiyalar və müharibədən sonrakı nizamla bağlı məsələlər hələ də həllini tapmayıb. Bununla belə, dialoqun bərpası atəşkəs ehtimalını artırır, hərbi əməliyyatların intensivliyini azalda və humanitar problemlərin həlli üçün yeni imkanlar yarada bilər. Bu prosesdə ABŞ-nin rolu həlledici amillərdən biri olaraq qalır. Vaşinqton həm Ukraynanın əsas hərbi və maliyyə dəstəkçisi, həm də Rusiyaya qarşı sanksiya siyasətinin aparıcı iştirakçısıdır. Buna görə də ABŞ-nin mövqeyində baş verəcək hər hansı dəyişiklik danışıqların dinamikasına birbaşa təsir göstərə bilər. Lakin davamlı sülh yalnız Vaşinqtonun təşəbbüsü ilə deyil, Moskva və Kiyevin qarşılıqlı kompromisə nə dərəcədə hazır olmasından, eləcə də Avropa dövlətlərinin təhlükəsizlik məsələləri üzrə ortaq mövqe nümayiş etdirməsindən asılı olacaq”.


Nurgün Qənizadə

#rusiya-ukrayna #trampın #mesajı: #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər