00:00:00
Yazar
Banuçiçək Məmmədova
15.03.2026 16:29 20 1 dəq oxuma
Dünya

Türkiyə 2 min kilometr məsafəli raket hazırlayır

Türkiyə 2 min kilometr məsafəli raket hazırlayır

Türkiyə 2 min kilometr məsafəli raket proqramı üzərində işləyir.

 

"İnformator.az" xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.

 

"Tayfun"un yeni növləri hazırlanır, "Seyir" raketləri də hava hücumundan müdafiə (HHM) sistemləri üçün problem yaradır",- türkiyəli nazir bildirib.

Onun sözlərinə görə, Türkiyənin digər raketləri də HHM sistemləri üçün asan hədəf deyil. M. Kacır bildirib ki, 2026-cı ildə Türkiyənin raket proqramında irəliləyiş gözlənilir:

"Bizim heç bir dövlətə qarşı ərazi iddiamız yoxdur, amma kimlərinsə bizim torpaqlarda gözü olmasın deyə hərbi potensialımızı gücləndirməliyik".

#gündəm #raket #hazırlayır #türkiyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər