00:00:00
Yazar
Nərmin Həşimova
13.07.2026 14:03 27 2 dəq oxuma
Siyasət

Türkiyə Nazirlər Kabineti NATO sammiti, İranı və Ukraynanı müzakirə edəcək- AÇIQLAMA

Türkiyə Nazirlər Kabineti NATO sammiti, İranı və Ukraynanı müzakirə edəcək- AÇIQLAMA

Türkiyə Nazirlər Kabineti iyulun 13-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda iyulun 7-8-də Ankarada baş tutmuş NATO sammitinin yekunlarını, Yaxın Şərqdəki vəziyyəti, İran ətrafındakı münaqişəni və Ukrayna münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.


Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, burada əsas müzakirə mövzusu NATO sammitinin yekunları məsələsi olacaq:


“Çünki artıq 20 ildir ki, ilk dəfə NATO sammiti Türkiyədə keçirilirdi və bu, Türkiyə üçün çox əlamətlər bir hadisə idi. Demək olar bütün NATO-ya üzv olan ölkələr, o cümlədən ABŞ Prezidenti Donald Tramp sammitdə iştirak etdi və dünyanın gözü Türkiyədə oldu. Bu məsələlərin geniş şəkildə müzakirə ediləcəyi və ya Türkiyənin NATO siyasətini yenidən şəkilləndiriləcəyi məsələləri, əlbəttə, aktual olacaq. Yaxın Şərqdə vəziyyət xüsusilə gərgindir. Demək ki, Yaxın Şərqdə son dövrlərdə İsrail yenidən Livanda hərbi əməliyyatlar həyata keçirməyə başlayıb və eyni zamanda, HƏMAS-ı da açıq hədəf halına gətiriblər. Eyni zamanda, Ukraynadakı vəziyyət daha çox gərginləşib, Rusiya son dövrlərdə aktiv şəkildə hərbi əməliyyatların bərpa edib,  Ukrayna da qarşılıq olaraq Rusiyada enerji infrastrukturuna ciddi şəkildə zərbələr endirib. Bu da vəziyyəti kökündən dəyişən amillərdən biridir. İran ətrafında münasibətlər yenidən gərginləşməkdədir. ABŞ-İran müharibəsinin baş verməsi ehtimalları çox güclüdür və tərəflərin arasında nisbi şəkildə toqquşmalar da baş verilir. Bu da geniş şəkildə müzakirə olunacaq mövzulardır. Türkiyə regional güc kimi bütün bu məsələlərlə ümumi koordinasiyasından məşğul olmalıdır. Bəzi məsələlərdə, məsələn, Rusiya-Ukrayna, ABŞ -İran arasında öz vasitəsində missiyasını,həyata keçirə bilər”.


Nurgün Qənizadə

#müzakirə #gündəm #edəcək- #türkiyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər