00:00:00
Yazar
Banuçiçək Məmmədova
16.03.2026 20:31 19 1 dəq oxuma
Dünya

Türkiye Cumhuriyeti Dışişleri Bakanlığı İsrailin Livana hücumlarına reaksiya verib

Türkiye Cumhuriyeti Dışişleri Bakanlığı İsrailin Livana hücumlarına reaksiya verib

Xarici İşlər Nazirliyi bildirib ki, İsrailin Livana qarşı başladığı və regionda sabitsizliyi daha da dərinləşdirən quru əməliyyatını ən sərt şəkildə qınayırlar.

 

Nazirliyin açıqlamasında qeyd olunub ki, İsrailin Livana qarşı başladığı və bölgədəki sabitsizliyi daha da artıran quru əməliyyatı qətiyyətlə pislənir. Açıqlamada həmçinin bildirilib ki, İsrailin Baş naziri Benjamin Netanyahu hökumətinin “soyqırım və kollektiv cəzalandırma siyasətini” bu dəfə Livanda həyata keçirməsi bölgədə yeni humanitar fəlakətə səbəb ola bilər.

Açıqlamada əlavə olunub ki, Türkiyə Livanın suverenliyini və ərazi bütövlüyünü pozan bu hücumlar qarşısında Livanla həmrəylik içində olduğunu bir daha vurğulayır.

 

TRT HABER 
Reyhan Quliyeva

#livana #dışişleri #gündəm #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər