00:00:00
Yazar
Güllər Gülhüseynova
04.07.2026 17:49 23 1 dəq oxuma
Dünya

Tusk: Kiyev Varşava ilə münasibətlərin bərpası üçün ilk addımı atmalıdır

Tusk: Kiyev Varşava ilə münasibətlərin bərpası üçün ilk addımı atmalıdır

Kiyev Varşava ilə münasibətləri bərpa etmək üçün ilk addımı atmalıdır.

 

"İnformator.az" Polşa mediasına istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bugünkü mətbuat konfransında deyib.

 

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Silahlı Qüvvələrinin bölmələrindən birinə "UPA qəhrəmanları" (İkinci Dünya müharibəsində "UPA qəhrəmanları" adlanan ukraynalı üsyançılar Polşada polyakların kütləvi qətllərində ittiham olunurlar - red.) adının verilməsi qərarını "uğursuz" adlandırıb:

"Prezident Zelenskinin bu uğursuz qərarından sonra Ukraynanın ilk addımı atacağını gözləyirik. Kiyevdən çox aydın bir siqnal eşitmək yaxşı olardı. Onlar cəhd edirlər, lakin biz yenə də bunu aydın eşitmək istərdik".

#ilk #xəbər #tusk: #bərpası #varşava
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər