Təxminən 1,5 milyon insanın sosial təminat borcları silinəcək
1 yanvar 2016-cı il tarixinə qədər olan bütün Ümumi Tibbi Sığorta (ÜTS) borcları ləğv ediləcək. Bu tədbir vətəndaşların səhiyyə xidmətlərinə çıxışında qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasını hədəfləyir.
Təxminən 1,5 milyon insan bu addımdan faydalanacaq. Dövlət tərəfindən ləğv ediləcək debitor borclarının ümumi məbləği 3 milyard türk lirəsini ötür. Önümüzdəki günlərdə Türkiyə Böyük Millət Məclisinin gündəliyində “11-ci Məhkəmə Paketi” kimi tanınan, Türkiyə Cinayət Məcəlləsinə və bəzi qanunlara dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihəsi olacaq. Bu layihə çərçivəsində ÜTS ilə bağlı bəzi borcların ləğvi və qaydalar müəyyən ediləcək. Qanun layihəsinə əsasən, 1 yanvar 2016-cı il tarixindən əvvəl yaranmış bütün ödənilməmiş ÜTS haqları, gecikmiş ödəniş cərimələri və faizlər ləğv ediləcək.
Beləliklə, 1 milyon 477 min nəfərin 3,2 milyard lirəlik ÜTS borcu silinəcək. Xüsusilə, vətəndaşların müxtəlif səbəblərdən ödəyə bilmədiyi və ya unutduğu kiçik məbləğli borcların ləğv edilməsi gözlənilir. Bu qaydanın ilin sonuna qədər qanunlaşması planlaşdırılır.
TRT XƏBƏR
Ləman Mahmudlu
