00:00:00
Yazar
Güllər Gülhüseynova
27.06.2026 16:25 17 1 dəq oxuma
Dünya

Ukrayna döyüş tapşırığının icrası zamanı MiQ-29 qırıcısını itirib

Ukrayna döyüş tapşırığının icrası zamanı MiQ-29 qırıcısını itirib

Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) döyüş tapşırığının icrası zamanı MiQ-29 qırıcısının itirildiyini bildirib.

 

"İnformator.az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.

 

Məlumata görə, iyunun 27-nə keçən gecə pilotu Ukraynanın Poltava vilayəti səmasında döyüş tapşırığını yerinə yetirən MiQ-29 qırıcısı ilə əlaqə kəsilib.

 

"Təyyarənin itirildiyini təsdiqləyirik, lakin ukraynalı pilot uğurla katapult edib, axtarış-xilasetmə komandası ilə əlaqə saxlayıb və müayinə olunmaq, eləcə də lazımi yardımın göstərilməsi üçün operativ şəkildə tibb müəssisəsinə çatdırılıb", – qurumdan əlavə ediblər.

#tapşırığının #gündəm #baki #zamanı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər