00:00:00
Yazar
Admin User
16.12.2025 18:25 108 1 dəq oxuma
Dünya

Ukrayna ilk dəfə olaraq Rusiyaya məxsus sualtı qayığı vurduğunu açıqlayıb

Ukrayna ilk dəfə olaraq Rusiyaya məxsus sualtı qayığı vurduğunu açıqlayıb

Ukraynanın Daxili Təhlükəsizlik Xidməti (SBU) Qara dənizdə Novorossiysk limanında Rusiyaya məxsus “Kilo” sinifli sualtı qayığa sualtı dronlarla hücum edildiyini və gəminin ciddi zərər görərək sıradan çıxarıldığını bildirib.

 

SBU bu əməliyyatın bu tipdə ilk hücum olduğunu qeyd edib. Rusiya tərəfi hücumu təsdiqləsə də onun uğursuz olduğunu və heç bir gəminin zədələnmədiyini açıqlayıb. Rusiya mediası sualtı qayığın salamat olduğunu iddia edən görüntülər yayımlasa da videoda gəminin arxa hissəsi görünmür. Peyk görüntülərinin müqayisəsi limandakı körpünün bir hissəsində zədələnmə olduğunu göstərir. Ukrayna tərəfi bildirir ki, “Kilo” sinifli bu sualtı qayıq “Kalibr” qanadlı raketlərinin buraxılması üçün istifadə olunur və müharibə ərzində Ukraynaya zərbələr endirilib. Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitro Pletençuk bunun müharibə zamanı məhv edilən ikinci Rusiya sualtı qayığı olduğunu deyib. Hadisə ABŞ–Ukrayna danışıqları fonunda diplomatik prosesin aktivləşdiyi bir vaxta təsadüf edib.

 

Cnn News

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər