"Ukrayna NATO-nun bir hissəsi ola bilməz”
ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kellogg Kiyevin NATO-ya üzvlüyü ilə bağlı belə deyib: “NATO müzakirə mövzusu deyil. Siz (NATO-nun) bir hissəsi ola bilməyəcəksiniz".
Xüsusi nümayəndə Kellogg Fox News kanalına verdiyi müsahibədə Ukraynadakı mümkün sülh və ölkənin NATO prosesi ilə bağlı fikirlərini bölüşüb.
Kellogg Vaşinqton administrasiyasının Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar mümkün atəşkəs barədə müxtəlif danışıqlar apardığını bildirib.
ABŞ-nin qlobal səviyyədə cəlb olunmalı olduğu bir çox məsələlərin olduğunu vurğulayan Kellogg, uzun müddət davam edən Rusiya-Ukrayna müharibəsinin fürsətlər yarada biləcəyini qeyd edib.
Rusiya və Ukrayna tərəflərinə sülh prosesi ilə bağlı şərtlərin təqdim olunacağı “ilkin protokol” razılaşmasında vasitəçilik edəcəklərini bildirən Kellogg Ukraynaya səslənərək belə deyib: “NATO müzakirə mövzusu deyil. Siz NATO-nun bir hissəsi ola bilməyəcəksiniz".
TRT XƏBƏR
Günel Verdiyeva