00:00:00
Yazar
Admin User
22.12.2025 17:43 86 2 dəq oxuma
Dünya

Ukrayna Rusiya ordusuna məxsus Su-27 və Su-30 qırıcılarını məhv edib

Ukrayna Rusiya ordusuna məxsus Su-27 və Su-30 qırıcılarını məhv edib

Xüsusi əməliyyat nəticəsində Rusiyanın Lipetsk şəhərində yerləşən hərbi aerodromda Rusiya ordusuna məxsus Su-27 və Su-30 tipli döyüş təyyarələri məhv edilib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, bundan əvvəl də oxşar əməliyyatlar həyata keçirilib:

 

"Ümumiyyətlə, Ukrayna kəşfiyyatı Rusiya kəşfiyyatından nisbətən daha güclü və effektiv işləyir. Rusiya texniki və şəxsi heyət baxımından üstünlüklərə malik olsa da, Ukrayna kəşfiyyatının çevikliyi və dəqiq planlaşdırma qabiliyyəti dəfələrlə sübut olunub. Bu üstünlük müxtəlif dövrlərdə həyata keçirilən nöqtə əməliyyatlarında da açıq şəkildə özünü göstərib.

 

Lakin bu əməliyyat, yəni sözügedən təyyarənin vurulması, daha çox taktiki xarakter daşıyır və müharibənin ümumi taleyini dəyişdirəcək səviyyədə deyil. Hə, bu cür zərbələr Ukraynaya taktiki üstünlük qazandıra bilər, amma strateji mənzərəni dəyişmək gücündə deyil. Rusiya bu cür addımlardan sonra daha da aqressivləşə bilər.

 

Hazırda Ukrayna mümkün sülh danışıqlarına qədər əlini gücləndirməyə çalışır. Amma Qərb daxilində, xüsusilə, ABŞ və Avropa İttifaqı arasında Ukraynaya dəstək məsələsində müəyyən fikir ayrılıqları var. Avropa ölkələrinin bəziləri Rusiyaya qarşı sərt mövqe tutur, bəziləri isə daha ehtiyatlı davranaraq münasibətləri gərginləşdirmək istəmir. Bütün bu faktorları nəzərə alaraq demək olar ki, bu əməliyyat, hər nə qədər səs-küylü olsa da, yaxın perspektivdə ümumi proseslərə həlledici təsir göstərməyəcək. Əsas olaraq bu cür əməliyyatlar Ukraynanın döyüş ruhunu gücləndirir və psixoloji üstünlük qazandırır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər