00:00:00
Yazar
Admin User
01.09.2025 09:15 70 1 dəq oxuma
Dünya

Ukrayna siyasətçisi Parubiyin qətlində şübhəli bilinən şəxs tutulub

Ukrayna siyasətçisi Parubiyin qətlində şübhəli bilinən şəxs tutulub

Zelenski bildirib ki, saxlanılan şəxs ilkin ifadəsini verib. Məşhur Ukrayna siyasətçisi, keçmiş Ali Rada sədri Andrey Parubiyin qətlində şübhəli şəxs Xmelnik vilayətində tutulub. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

 

“Şübhəli ilkin ifadəsini verdi. Hazırda bu qətlin bütün şəraitini müəyyən etmək üçün təcili istintaq tədbirləri həyata keçirilir. Hüquq-mühafizə orqanlarının bütün komandası və prokurorluq 24 saat işləyir", – deyə Ukrayna prezidenti bildirib. Əvvəllər Zelenski cinayətin diqqətlə planlaşdırıldığını qeyd etmişdi.Ukrayna hakimiyyəti bildirir ki, mərhumun hərəkət qrafiki öyrənilmiş, marşrut hazırlanmış və qaçış planı düşünülmüşdü.Daxili İşlər Naziri İqor Klimenko açıqlayıb ki, “qətldən 24 saat sonra atıcının birbaşa izi tapıldı, 36 saat ərzində isə saxlanıldı. Daha ətraflı məlumat polis tərəfindən sonra veriləcək".

 

Euronews

Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər