00:00:00
Yazar
Admin User
11.12.2025 05:55 57 1 dəq oxuma
Dünya

Ukrayna son sülh planı layihəsinə cavabını ABŞ-yə təqdim edib

Ukrayna son sülh planı layihəsinə cavabını ABŞ-yə təqdim edib

Ukrayna ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə son qoymaqla bağlı sonuncu sülh planı layihəsinə cavabını Amerika tərəfinə təqdim edib.

 

"İnformator.az" xəbər verir ki, bunu "Axios"un jurnalisti Barak Ravid rəsmilərə istinadən X sosial media platformasında yazıb.

 

"Ukrayna ABŞ-ın sülh planının sonuncu layihəsinə cavabını çərşənbə günü Tramp administrasiyasına təqdim edib, Ukrayna və Amerika rəsmiləri mənə bildiriblər", o qeyd edib.

 

Bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski ABŞ-nin maliyyə naziri Skott Bessent, Amerika liderinin kürəkəni Cared Kuşner və BlackRock-un baş direktoru Larri Finklə onlayn görüş keçirdiyini açıqlamışdı.

 

Tərəflər, qeyd olunduğu kimi, Ukraynanın bərpasının əsas aspektləri və mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər