Ukrayna və ABŞ yeraltı resurslarla bağlı danışıqları davam etdirəcək
Ukrayna və ABŞ arasında yeraltı sərvətlərin istismarı ilə bağlı danışıqlar gələn həftə də davam edəcək. Bu barədə Ukraynanın Baş naziri Denis Şmıxal "Bloomberg" agentliyinə müsahibəsində məlumat verib.
“Düşünürəm ki, gələn həftə ABŞ ilə yeraltı resurslara dair məsləhətləşmələri davam etdirəcəyik. Biz Ukraynanın maraqlarına uyğun ən optimal həll yollarını axtarırıq. Çünki bu məsələ ilə bağlı bəzi əsas prinsiplərimiz var. Saziş, Avropa İttifaqına inteqrasiya məqsədlərimizə və Aİ ilə Assosiasiya Sazişinə zidd olmamalıdır. Bu, bizim üçün qırmızı xətlər siyahısında birinci yerdədir”, – deyə Şmıxal qeyd edib.
Mənbə :Caliber
Aytən Ağazadə