00:00:00
Yazar
Admin User
07.06.2023 14:45 321 1 dəq oxuma
Dünya

Ukrayna: Xerson vilayətində daşqınların intensivliyi azalır

Ukrayna: Xerson vilayətində daşqınların intensivliyi azalır

Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, bölgədə Kahovka bəndinin və Su Elektrik Stansiyasının (SES) vurması nəticəsində yaranan daşqının intensivliyi azalıb.

 

İnformator.az Qərb mediasına istinadən xəbər verir ki, Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin sosial media hesabında verdiyi açıqlamada Kaxovka bəndinin partlaması ilə əlaqədar bölgədəki daşqın vəziyyətini dəyərləndirib.

 

Dünən gecə bölgədə fövqəladə hadisənin qeydə alınmadığını bildirən Prokudin “Selin intensivliyi azalır, amma bəndin ciddi zədələnməsi səbəbindən su gəlməyə davam edir. Hesablamalarımıza görə, 20 saatdan sonra suyun səviyyəsi daha bir metr qalxacaq”, - deyə bildirib.

 

Prokudin bildirib ki, bu gün səhər saatlarına olan məlumata görə, Xerson vilayətində Dnepr çayının sağ sahilində 1852 ev su altında qalıb, 1457 nəfər təxliyə edilib.

 

Qeyd edək ki, Dnepr çayının Xerson vilayətindən keçən bir tərəfi Rusiyanın nəzarəti altındadır.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər