Ukraynada yaşayış məntəqələri su altında qaldı
Ukraynanın daxili işlər naziri İqor Klimenko televiziya proqramında gecə saatlarında Kahovka Su Elektrik Stansiyasının vurulması nəticəsində Dnepr çayının sağ sahilində suyun səviyyəsinin 2 metrdən yuxarı qalxdığını bildirib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Klimenko bənd suyunun ən az 20-24 saat effektiv şəkildə axmasının gözlənildiyini bildirib.
O, Xersonda daşqın riski səbəbindən insanların təhlükəsiz yerlərə köçürülməsi üçün beş fərqli nöqtədə görüş məntəqəsi yaradılacağını da deyib.
Qeyd edək ki, hazırda Dnepr çayının sağ sahilində 13 yaşayış məntəqəsi və 260-dan çox ev su altındadır.
Aydan
