Ukraynanın ABŞ və Avropa tərəfdaşları ilə görüşləri Vaşinqtonda başa çatıb
Ukraynanın ABŞ və Avropa tərəfdaşları ilə keçirdiyi yüksək səviyyəli görüşlər ABŞ-də yekunlaşıb. Bunu Ukraynanın müdafiə naziri Rustem Umerov açıqlayıb. Onun sözlərinə görə, müzakirələr təhlükəsizlik əməkdaşlığı, hərbi-texniki dəstək və koordinasiyanın gücləndirilməsi məsələlərini əhatə edib.
Bu mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a bildirib ki, Ukraynanın təhlükəsizlik məsələsi hazırda ciddi təhlükə altındadır:
“Çünki bir tərəfdən Rusiya Ukrayna müharibəsini bitirməyə çalışan və bunu hətta Ukraynanın ərazi ərazilərinin itkisi hesabına belə əldə etməyə çalışan bir Amerika Birləşmiş Ştatları, digər tərəfdən isə həmin təklif olunan sazişin qərəzli və beynəlxalq hüquqla ziddiyyət təşkil etdiyini düşünən Ukraynanı buna razı salmaqdan çəkindirən Avropa İttifaqı var. Bu baxımdan əslində belə bir görüşlərin keçirilməsi mövcud problemlərin və sualların həlli baxımından vacibdir. Amma dediyim kimi, proses olduqca qəliz və tərəflərin maraqlarının kəsişdiyi məqamlarla çoxluq təşkil edir. Ona görə də bu tip görüşlərdən də konkret nəticənin çıxması bir qədər çətin görünür. Amerika Birləşmiş Ştatları Avropa ilə koordinasiyalı iş görməyə çalışır, amma məsələ ondan ibarətdir ki, Avropanın içərisində olduğu bir məsələdə Amerika Birləşmiş Ştatlarının Rusiyanın işğalçı tərəfin maraqlarını daha çox əks etdirən bir təklif irəli sürməsi Avropa ilə ziddiyyət təşkil edir və Avropada təbii olaraq bu məsələdə mövqeyi olduqca fərqlidir. Yəni bu tipli görüşlərdə tərəflər bir konstitusiya əldə etməyə çalışa bilər. Amma reallıq ondan ibarətdir ki, müəyyən korrektlər olsa belə, sülh sazişi Ukrayna ərazi bütövlüyünün pozulması ilə nəticələnir və belə bir dönəmdə də tərəfdarı nə dərəcədə reallıq, nə dərəcədə ortaq məqsəd, gələcəyi mövzusu sual altında qalır. Ukraynanın tərəfdaşlarının gözləntisi odur ki, onun beynəlxalq hüquqla məsələni həll etsin. Bu da daha çox ərazi itkisi hesabına olmamalıdır. Amma mövcud vəziyyət onu göstərir ki, Ukrayna buna nə qədər dirənsə də, nəticə etibarilə, yəni ya az, ya çox ərazi itkisinə məruz qalacaqdır. Çünki Ukrayna, Rusiya bu müharibəni davam etdirir və sanksiyalar,ı təzyiqlər də bir nəticə vermir və prosesin uzanması da Ukraynanın əleyhinədir. Ukrayna həm canlı qüvvə itkisinin texnika itkisi yaşayır. Belə bir dönəmdə sülh əslində Ukraynaya çox lazımdır. O baxımdan əslində Ukraynanın gözləntiləri bu danışıqların nəticəsində o qədər də özünü doğrultmaya bilər”.
Cavahir Əsgərbəyli
