00:00:00
Yazar
Ayan Sədi
29.06.2026 10:12 20 2 dəq oxuma
Dünya

Ukraynanın Avropa İttifaqına üzvlüyü niyə gecikir? - Ekspert səbəbləri açıqladı

Ukraynanın Avropa İttifaqına üzvlüyü niyə gecikir? - Ekspert səbəbləri açıqladı

Latviyanın Baş naziri Andris Kulberqsin Ukraynanın Avropa İttifaqına üzvlüyünün sürətləndirilməsini ölkənin zəngin mineral ehtiyatları ilə əlaqələndirən açıqlaması müzakirələrə səbəb olub.

 

Mövzu ilə bağlı İnformator.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Ukraynanın yaxın perspektivdə Aİ-yə üzv olması real görünmür.

 

Onun sözlərinə görə, buna əsas səbəb Ukraynada davam edən müharibədir:

 

“Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə Avropa İttifaqının Ukraynanı üzvlüyə qəbul etməsi inandırıcı görünmür. Çünki belə bir qərar Aİ ölkələri üçün əlavə təhlükəsizlik və siyasi öhdəliklər yarada bilər. Hazırda Avropa həm iqtisadi, həm də təhlükəsizlik baxımından ciddi çağırışlarla üz-üzədir. Bu səbəbdən Aİ dövlətlərinin Rusiya ilə birbaşa qarşıdurma riskini artıracaq addım atacağı gözlənilmir".

 

Ekspert qeyd edib ki, Avropa İttifaqının genişlənmə siyasəti emosional deyil, geosiyasi və strateji maraqlara əsaslanır:

 

“Heç bir ölkə yalnız istəyinə görə Aİ-yə qəbul edilmir. Üzvlüklə bağlı qərarlar təşkilatın siyasi və iqtisadi maraqları çərçivəsində verilir. Əgər bu maraqlar tələb edərsə, proses sürətlənə bilər, əks halda uzana bilər".

 

Ekspertin fikrincə, Ukraynanın zəngin mineral ehtiyatları Avropa İttifaqının maraq göstərdiyi amillərdən biridir:

 

“Ukrayna zəngin mineral resurslara malikdir. Müharibədən sonra ölkənin bərpası və Aİ-yə inteqrasiyası prosesində bu amil müəyyən rol oynaya bilər. Lakin təkcə mineral ehtiyatlar Ukraynanın yaxın vaxtlarda Aİ-yə üzv olacağı anlamına gəlmir".

 

Ekspert hesab edir ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü yalnız müharibə başa çatdıqdan sonra daha real perspektiv kimi qiymətləndirilə bilər.

 

Təhminə Abdurəhimova

#niyə #üzvlüyü #gecikir? #avropa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər