00:00:00
Yazar
Admin User
05.07.2023 10:57 347 2 dəq oxuma
Dünya

Ukraynanın yeni iddiası: Rusiya AES-ə bomba yerləşdirib

Ukraynanın yeni iddiası: Rusiya AES-ə bomba yerləşdirib

Ruslar Zaporojye Atom Elekstrik Stansiyasına bomba yerləşdiriblər.

 

İnformator.az xəbər verir ki, belə bir iddia ilə Ukrayna tərəfi çıxış edib. Prezident Volodimir Zelenski bildirib ki, Rusiya Avropanın ən böyük nüvə obyekti üçün yeganə təhlükə mənbəyidir və hazırda onlar AES-ə hücumu simulyasiya edirlər. Bu məsələ ətrafında gərginlik uzun müddətdir gündəmdə olsa da, indiki mərhələdə döyüş meydanında yaşananlar stansiyanın böyük təhlükə ilə üz-üzə olduğuna işarə edir. Zaporojye AES-ə mümkün təxribatlar nəyə hesablanıb? Bu sualın cavabını tapmağa çalışımışıq...

 

Ukrayna Baş Qərargahının əldə etdiyi kəşfiyyat məlumatlarına görə, Zaporojye AES-in üçüncü və dördüncü enerji bloklarının xaricində partlayıcı qurğulara bənzər yad obyektlər yerləşdirilib. Prezident Volodimir Zelenski də fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı bu məsələyə toxunub. O, qərbli tərəfdaşını Rusiyanın AES-ə hücumu simulyasiya etməyi planlaşdırdığı barədə məlumatlandırıb. Əslində, Zaporojye ilə bağlı edilən xəbərdarlıqlar yeni deyil. İyunun 22-də də Ukrayna lideri qarşı tərəfin sözügedən obyektdə terror aktı törətməyə hazırlaşdığını elan etmişdi. Bu da onu göstərir ki, son dövrdə AES ətrafında gərginlik kəskin şəkildə artıb. Hadisələrin bu şəkildə inkişaf etməsi isə təsadüfi deyil. Belə ki, bir neçə həftədir Ukrayna Müdafiə Nazirliyi rusların Zaporojye AES-də mövcudluğunu azaltdığını iddia edir. Baş Kəşfiyyat İdarəsinin sonuncu hesabatına görə, obyekti idarə edən “Rosatom” şirkətinin 3 əməkdaşı artıq ərazidən çıxıb. Sözügedən şirkətlə müqavilə bağlayan ukraynalı işçilərə təxliyə tövsiyə olunub. Bu faktları nəzərə alsaq, Zaporojyedə partlayışların baş verməsi real görünür. Çünki Rusiya tərk etdiyi ərazilərdən Ukraynaya ən böyük zərbəni vuraraq ayrılır.

Siyasi şərhçi Turan Rzayev bildirib ki, Rusiya Zaporojye AES-in partladılması ilə ikinci Çernobil hadisəsini yaşatmaq istəyir. Çünki bu halda Ukrayna növbəti 50 il ərzində yeni bir radiasiya problemi ilə üzləşəcək. Bununla da, qərbin Ukraynaya investisiya qoyması və Kiyevin qərb blokuna qoşulması məsələsi təxirə salına bilər.

 

Rusiya tərəfindən hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama gəlməsə də, rusiyalı politoloqlar NATO-nun Vilnüs sammiti ərəfəsində Ukraynanın ciddi hərbi uğur göstərməməsi fonunda Kiyevin irimiqyaslı nüvə təxribatı ehtimalını yüksək qiymətləndirir.

 

Rusiyalı politoloq İqor Korotçenki deyib ki, Ukrayna NATO-ya qəbul üçün fürsət pəncərəsi axtarır və hər cür axmaqlığa hazırdır: “Bu baxımdan, Ukraynanın xüsusi xidmət orqanları, ilk növbədə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Zaporojye AES-də nüvə terroru aktı törədə, buna görə məsuliyyəti Rusiyanın üzərinə ata bilər”.

 

Görünən odur ki, Zaporojye Atom Elekstrik Stansiyası ilə bağlı vəziyyət xeyli mürəkkəbdir. İki tərəfin də bir-birini ittiham etməsinə baxmyaraq, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik məsələni artaşdırmalıdır. Çünki belə dəhşətli hadisə baş verərsə, fəsadları nəinki Avropaya, hətta Avrasiya, o cümlədən, Azərbaycana təsir göstərə bilər.

 

Şəbnəm

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər