00:00:00
Yazar
Admin User
31.08.2025 17:18 90 1 dəq oxuma
Dünya

Ukraynaya silahların üçdə birini Bolqarıstan verib

Ukraynaya silahların üçdə birini Bolqarıstan verib

"Ukraynada münaqişə başlayanda Kiyevə verilən silahların üçdə biri Bolqarıstan tərəfindən təmin edilib".

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Bolqarıstanın ən böyük silah-sursat zavodu olan Sopotdakı Hərbi Mexanika Zavodunda keçirdiyi mətbuat konfransında deyib.

"Bolqarıstana təşəkkür etmək istəyirəm. Münaqişənin başlanğıcında Ukraynanın istifadə etdiyi silahların üçdə biri Bolqarıstan tərəfindən təmin edilib", - fon der Leyen bildirib.

O, Bolqarıstanın barıt və NATO çaplı mərmilərin istehsalını artırmaq planlarını alqışlayıb və qeyd edib ki, bunun da əhəmiyyətli hissəsi Ukrayna üçün nəzərdə tutulub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər