00:00:00
Yazar
Admin User
17.05.2023 18:20 298 1 dəq oxuma
Dünya

Ümumdünya Metorologiya Təşkilatı: rekord isti müşahidə oluna bilər

Ümumdünya Metorologiya Təşkilatı: rekord isti müşahidə oluna bilər

Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) 2023-2027-ci illərdə dünyada hava istiliyinin rekord səviyyədə müşahidə oluna biləcəyini açıqlayıb.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının hesabatında istixana qazı emissiyalarının və "El Nino" hava hadisəsinin temperaturu daha da artırdığı bildirilib.

 

Hesabatda 2023-2027-ci illərdən ən azı birinin daha isti il olacağı və 5 ilin hamısının qlobal temperaturun rekord səviyyələrə çatdığı dövr olacağı ehtimalının 98% olduğu bildirilib.

 

Hesabatda havanın temperaturunun dünyanın müxtəlif yerlərində yağışlara təsir göstərə biləcəyi və yağışların regional miqyasda artıb və azala biləcəyi qeyd edilib. Həmçinin qeyd edilib ki, istixana qazı emissiyaları okeanların istiləşməsinə və turşulaşmasına, buzlaqların əriməsinə, dəniz səviyyəsinin qalxmasına və ekstremal hava hadisələrinə də səbəb olur.

 

Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər