00:00:00
Yazar
Admin User
14.06.2023 18:32 319 1 dəq oxuma
Dünya

UNICEF: Evindən edilən uşaqların sayı 43,3 milyona çatır

UNICEF: Evindən edilən uşaqların sayı 43,3 milyona çatır

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) 2022-ci ilin sonuna qədər köçkün uşaqların sayının 43,3 milyon nəfər olduğunu bildirib.

 

İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, UNICEF dünya üzrə qaçqın uşaqlarla bağlı hesabat yayıb. “Köçkün uşaqların sayının artması bütün dünyada münaqişələr, böhranlar və iqlim dəyişikliyi nəticəsində yaranan fəlakətlərlə bağlıdır”, - deyə UNICEF-in icraçı direktoru Ketrin Rassel bildirib.

 

Qaçqın uşaqların əksəriyyətinin uşaqlıq dövrünün bu şəkildə keçdiyinə diqqət çəkilən hesabatda son 10 ildə qaçqın düşən uşaqların sayının iki dəfə artdığı qeyd olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər