Uqandada geylərə ölüm hökmü qərarıı
Uqanda prezidenti ölkədə ölüm cəzasını ehtiva edən yeni qanunla bağlı açıqlama verib.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, Uqanda lideri yeni qanunu imzaladığını açıqlayaraq, geyləri "normallıqdan kənara çıxmamağa" və imperialist güclərin təzyiqinə məruz qalmamağa çağırıb.
Digər tərəfdən, Uqandada fəaliyyət göstərən yerli İnsan Hüquqları Maarifləndirmə və Təşviq Forumunun, eləcə də ölkədəki 10 nəfərin yeni qanuna qarşı çıxmaq üçün məhkəməyə müraciət edəcəyi bildirilib.
ABŞ prezidenti Co Bayden Uqandada geylərə qarşı tətbiq olunacaq qanunun insan haqları pozuntusu olduğunu və qanunun ləğv edilməli olduğunu deyib.
Fatimə Mustafayeva
