00:00:00
Yazar
Admin User
17.07.2023 16:32 293 1 dəq oxuma
Sosial

Uşaqlara neçə yaşından telefon alınmalıdır?

Uşaqlara neçə yaşından telefon alınmalıdır?

Bir uşaq üçün həyatındakı ən vacib məqamlardan biri ilk telefonuna sahib olduğu andır. Demək olar, günümüzdə 5 uşaqdan 3nün əlində müxtəlif smartfonlar görmək mümkündür. Bəs uşaqlara telefon almağın ideal yaşı neçədir? 

 

Psixoloq Gülnar Mürşüdzadə deyir ki, uşağa 3 yaşına qədər telefon verilməməlidir. Amma ideal tərəfinə gəldikdə bu 11 yaşdır. Hər yaşda uşağın telefondan istifadə müddəti yalnız 5 dəqiqə artırılmalıdır. Bu metodla onu telefon aludəçiliyindən qoruya bilərik.Valideynlərin əksəriyyəti düşünür ki, bəs telefon olmadan övladımız necə sosiallaşsın? Təbii ki, valideyn özü uşaqla vaxt keçirməlidir, onu digər uşaqlarla əylənməyə göndərməlidir. Çünki bu tip sosiallaşmalar daha sağlam münasibətlər yaradır. 

 

İşin psixoloji tərəfinə gəlincə isə psixoloq erkən yaşlarından uşağa telefon verməyin onun daha aqressiv, daha həssas, qapanıq olmasına gətirib çıxardığını deyir. Uşaqlar telefondan daha çox cizgi filmləri izləmək üçün istifadə edirlər. Günümüzdə ən çox izlənilən cizgi film “Maşa və Ayı”dır. Uşaq onu izlədikdən sonra özünü Maşaya oxşatmağa çalışır, çoxlu dəcəlliklər edir. Əgər evdə böyük bacı, qardaş varsa onu, yoxdursa valideyni cizgi filmdəki ayı yerinə qoyub ona müxtəlif problemlər yaradır.

 

Nəzrin Malik

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər