ÜST-dən önəmli xəbərdarlıq: Kovid-19-dan daha ölümcül epidemiya baş verə bilər
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesus başqa bir qlobal virus böhranı təhlükəsinin yolda olduğunu bildirib.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, ÜST bütün ölkələri hətta koronavirusdan daha ölümcül xəstəliyə hazır olmağa çağırıb.
İsveçrənin Cenevrə şəhərində keçirilən forumda ÜST prezidenti Tedros Gebreyesus "Yeni xəstəlik və ölüm dalğalarına səbəb olan başqa bir variantın təhlükəsi davam edir" deyib.
ÜST direktoru "Biz məsələni gecikdirə bilmərik. Biz qəti və kollektiv şəkildə cavab verməyə hazır olmalıyıq”, -deyə əlavə edib.
