ÜST: KOVİD-19 vaksinləri yüksək qoruyuculuğunu saxlamaqdadır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırkı KOVİD-19 peyvəndlərinin ciddi xəstəliklərə və ölümə qarşı yüksək qoruyucu olduğunu açıqlayıb.
İnformator.az xəbər verir ki, ÜST yazılı açıqlama yayaraq KOVİD-19 peyvəndlərinin tərkibinə dair tövsiyələr verib.
Sözügedən açıqlamada deyilir: "Mövcud KOVİD-19 vaksinləri ciddi xəstəliklərə və ölümə qarşı yüksək qoruyucu olaraq qalır. Peyvəndin tərkibinin yenilənməsi virusun təkamülünü və dövriyyədə olan variantları nəzərə alır və simptomatik xəstəliklərdən qorunmanı təkmilləşdirmək məqsədi daşıyır".
