00:00:00
Yazar
Güllər Gülhüseynova
22.04.2026 15:28 23 1 dəq oxuma
Sosial

Vəsiyyətnamə yoxdursa, miras ailə üzvləri arasında necə bölünür?

Vəsiyyətnamə yoxdursa, miras ailə üzvləri arasında necə bölünür?

Vəsiyyətnamə yoxdursa, miras ailə üzvləri arasında necə bölünür?

 

Mövzu ilə bağlı vəkil Cavanşir Qasımzadə “İnformator.az”a açıqlamasında bildirib ki, bu proses qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır:

 

“Vəsiyyətnamə olmadığı halda miras qanunla müəyyən edilmiş növbələrlə, əsasən, ailə üzvləri arasında bölünür. İlk növbədə, varislər övladlar, həyat yoldaşı və valideynlər hesab olunur. Əmlak onların aralarında bərabər hissələrə bölünür. Məsələn, bir şəxs vəfat etdikdə onun mülkü həyat yoldaşı və iki uşağı arasında üç bərabər paya ayrılır. Əgər birinci dərəcəli varislər yoxdursa, miras hüququ ikinci növbəyə, yəni bacı və qardaşlara, həmçinin nənə və babalara keçir. Proses zamanı mülkiyyətin növündən asılı olmayaraq hər kəsin payı dürüst şəkildə müəyən edilməlidir. Bəzən vərəsəlik məsələləri məhkəmə müstəvisində həll olunur, bu isə bölgünün ədalətli aparılmasını təmin edir. Əmlakın bölünməsi üçün notariusa müraciət etmək vacibdir. Qohumluq əlaqəsini sübut edən sənədlər təqdim edilməli və mirasın qəbulu üçün qanuni müddətlərə riayət edilməlidir”.

 

Lalə Qurbanlı

#Rubrika #hüquq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər