00:00:00
Yazar
Asiman Vəliyeva
21.04.2026 19:03 23 2 dəq oxuma
Sosial

Valideynə də aliment ödənilə bilər: Qanun nə deyir?

Valideynə də aliment ödənilə bilər: Qanun nə deyir?

Azərbaycanda aliment deyildikdə çox vaxt yalnız boşanmış ər-arvad və ya uşaqların təminatı nəzərdə tutulur. Halbuki qanunvericilik valideynlə övlad arasında da qarşılıqlı maddi öhdəlikləri müəyyən edir. Yəni müəyyən hallarda valideynlər də övladlarından aliment tələb etmək hüququna malikdir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmış övladların öz valideynlərini saxlamaq və onlara qayğı göstərmək vəzifəsi mövcuddur:


“Qanunvericiliyə görə, əmək qabiliyyətli və yetkin övladlar maddi yardıma ehtiyacı olan, əmək qabiliyyəti olmayan valideynlərini təmin etməyə borcludurlar. Bu öhdəlik könüllü şəkildə də yerinə yetirilə bilər. Yəni tərəflər valideyn və övlad qarşılıqlı razılıq əsasında maddi yardımın məbləği və ödəniş qaydaları ilə bağlı saziş bağlaya bilərlər. Belə sazişlərdə ödənişin məbləği, müddəti və forması əvvəlcədən müəyyən edilir. Əgər övlad bu vəzifəni könüllü şəkildə yerinə yetirməzsə, valideyn məhkəməyə müraciət etmək hüququna malikdir. Bu halda alimentin tutulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə qərar verərkən bir neçə amili nəzərə alır: valideynin maddi vəziyyəti və real ehtiyacları, övladın gəlir səviyyəsi, ailə vəziyyəti və ümumi maddi imkanları. Alimentin konkret məbləği qanunla sabit şəkildə müəyyən olunmur; hər bir hal fərdi qaydada qiymətləndirilir və məhkəmə vasitəsilə  müəyyən edilir. Qeyd etmək lazımdır ki, Azərbaycanda valideynlərin övladlardan aliment tələb etməsi hüquqi baxımdan mümkün olsa da, bu praktika geniş yayılmayıb. Daha çox hallarda bu məsələ ailədaxili razılaşma əsasında həll olunur”.


Gövhər Mehyəddinova

#yeni #valideynə #ödənilə #aliment
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər