00:00:00
Yazar
Admin User
17.12.2025 17:14 99 1 dəq oxuma
Dünya

Venesuela Trampın neft tankerlərinə blokada qərarını sərt tənqid edib

Venesuela Trampın neft tankerlərinə blokada qərarını sərt tənqid edib

 

Venesuela hökuməti ABŞ-nin Prezidenti Donald Trampın Venesuelaya daxil olan və ölkədən çıxan sanksiyalı neft tankerlərinə tam blokada tətbiq olunması barədə qərarını “müharibə çağırışı” kimi qiymətləndirib. Karakas bu addımın ölkənin suverenliyinə və iqtisadi təhlükəsizliyinə təhdid yaratdığını bildirib.

 

Tramp Venesuela rəhbərliyini xarici terror təşkilatı kimi tanıyıb, hökuməti narkotik qaçaqmalçılığı və insan alveri ilə əlaqələndirib. Qərar ABŞ-nin Venesuela sahilləri yaxınlığında neft tankerini ələ keçirməsindən sonra açıqlanıb. ABŞ son dövrlər bölgədə hərbi mövcudluğunu artırıb.

Venesuela isə Vaşinqtonun ölkənin enerji resurslarını ələ keçirməyə çalışdığını vurğulayıb. ABŞ Konqresində bəzi üzvlər blokadanı açıq müharibə addımı kimi dəyərləndirib və gərginliyin dayandırılmasını tələb edib.

 

BBC
Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər