Vergiləri artıran naziri paba buraxmayıblar
Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs ölkədə artan vergilər səbəbindən obyektin sahibi "qara siyahı"ya salındıqdan sonra artıq sevimli pablarından birinə baş çəkə bilməyəcək.
"İnformator.az"xəbər verir ki, "Marsh Inn" pabının sahibi Martin Noulsun təkcə Rivsi deyil, həm də hakim Leyboristlər Partiyasının bütün millət vəkillərinə obyektə daxil olmağı qadağan etdiyi bildirilir. O, müəssisənin müştərilərinin bu xəbəri məmnuniyyətlə qarşıladığını qeyd edib.
