Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı- TƏLƏB
Daxili İşlər Nazirliyində onlayn formatda Kollegiya iclası keçirilib.V.Eyvazov bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, xüsusən yetkinlik yaşına çatmayanların hüquqa zidd əməllərdən çəkindirilməsi üçün profilaktik işin gücləndirilməsini, onların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirmə tədbirlərinin daha məqsədyönlü davam etdirilməsini tələb edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nabat Mirzəyeva bilidirib ki,Vilayət Eyvazovun vurğuladığı istiqamət proflaktik tədbirlərin gücləndirilməsi üçündür:
"Yəni, bu deməkdir ki, baş verib bitən hadisələrə reaksiya deyil, bundan sonra baş verəcəklərə qarşı olan müdaxilə deməkdir. Bu çərçivədə əsas tələb olunan tədbirlər proflaktik olaraq nəzarətin alınması üçün risk qrupunda olan yeniyetmələrə nəzarət olunmalıdır. Risk qrupunda olan yeniyetmələr mütləq dərəcədə erkən müəyyən edilməlidir və polis, məktəb əməkdaşlığı mütləq dərəcədə gücləndirilməlidir. Polis, məktəb əməkdaşlıqlarına nəzarət gücləndirilərsə, yeniyetmələr risk qrupundadırsa və həmin risk qrupunda olanlar müəyyənləşdirilərsə, artıq bunun qarşısının alınması üçün bir hissəsinin başlaması deməkdir.
Maarifləndirmək işlərinin genişləndirilməsi üçün məktəblərdə hüquqi və psixoloji seminarlar daha çox keçirilməlidir. Gənclərin, yeniyetmələrin, uşaqların maarrifləndirilməsi ,onların gələcək baxış bucaqlarına bağlı insanlara yanaşması, sevginin, dəyərin, mərhəmətin,dostluğun aşılanması və bundan başqa, öz gələcəklərini qurmaq üçün nələrin edilməsi ilə bağlı danışıqların aparılmasıdır.
Bundan əlavə,yeniyetmələrə məsuliyyət, davranış və risklərlə bağlı məlumat verilməlidir. Biz həmin uşaqları sosial şəbəkələrin təsirindən qorumağa çalışmalıyıq. Sözsüz ki, bu da marifləndirici tədbirlər təlimləri keçirildiyi zaman içərisində olmalıdır. Zərərli olan zorakılıq, aqresiya, şiddət, kriminal həyat tərzi barədə məlumatlandırılmalı, bunların zərərli olduğunu, gələcəkdə nələri onlardan alacağını mütləq dərəcədə vurğulamalı, rəqəmsal savadlılıq artırılmalı, bir növ sosial şəbəkənin xeyirli tərəfə istifadəsi vurğulanmalıdır.Dövlət qurumları ilə məktəblər əməkdaşlıq etməlidir. Məktəblərdə psixoloqlar vasitəsilə bərabər şəkildə təlimlər, tədbirlər keçirilməlidir”.
Psixoloq qeyd edib ki , yetkinlik yaşına çatmayanların qorunmasında valideyin və məktəbin rolu belə qiymətləndirilməlidir ki, ilk növbədə uşağın davranışlarından dəyişiklikləri görən şəxs valideynidir:
“Yəni, valideyn bunu diqqət yetirməli, nəzərə almalıdır.Sevgi və sərhəd balansı çox vacibdir. Sosial şəbəkə istifadəsində diqqət yetirilməlidir. Valideyn əgər uşaqları ilə əlaqə qurmazsa, uşaq artıq əlaqəni küçədə, internetdə və ətrafda axtarmağa başlayacaq. Yəni, məktəbin rolundan öncə valideyin rolu çox önəmlidir. Valideyn olaraq, problemli bir nüans hiss olunarsa, o dəyişiklikləri hiss edirsinizsə və müxtəlif üsullarla övladınızı başa salmağa çalışsanız, danışsanız da, bu, övladınız vasitəsilə anlaşılmırsa, mütləq dərəcədə mütəxəssisə müraciət olunmalıdır. Məktəbə, ən azından müəllimə bununla bağlı xəbərdarlıq olunmalı, ortaq və paralel şəkildə addımlar atılmalıdır. Əgər məktəbdə müəllim erkən risk siqnallarını, problemləri görə bilərsə, valideynə müraciət etməlidir. Valideynlə müəllim bərabər addımlar atmalıdır. Məktəb və valideyn problem çıxandan sonra deyil, problem yaranmadan əvvəl artıq işə keçməlidir. Yetkinlik yaşına çatmayanların hüquqi-etik davranışları baş verərsə, bunun qarşısını almaq üçün cəza tədbirlərini sərtləşdirməkdən daha çox proflikaktik yanaşma gücləndirilməlidir. Bu da yalnız hüquq-mühafizə orqanlarının deyil, eyni zamanda məktəb, valideyn, cəmiyyətin-hər birinin bərabər şəkildə addım atması deməkdir. Çünki bizim uşaqlarımız bizim gələcəyimiz deməkdir. Bizim gələcəyimiz üçün biz hamımız bərabər əl-ələ verib gələcəyə imza atılmasında, gələcəkdə uşaqlarımızın parlaq olmasında kömək olmalıyıq”.
Nurgün Qənizadə