00:00:00
Yazar
Admin User
15.07.2023 17:17 401 2 dəq oxuma
Sosial

Virtual, ya səyyar kitabxana?

Virtual, ya səyyar kitabxana?

Məlum həqiqətdir ki, bu gün kitabxanalara gələn, kitab oxuyanların sayı çox azdır. Əsasən sosial şəbəkələrə üz tutan, informasiyanı internet resurslarından alan oxucular daha çoxdur.

Amma xatırlatmaq lazımdır ki, kitabxanaların iş metodlarından biri də səyyar xidmət göstərməkdir. Amma son 6 ay ərzində Səbail rayonu üzrə virtual metoddan cəmi 61, yerində xidmətdən isə 208 oxucu yararlanıb. 

Kitabxanalara pandemiya dövründə ümumiyyətlə üz tutan yox idi. Elə həmin dövrdə virtual xidmətdən yararlananların sayı qismən artdı deyir kitabxana əməkdaşı olan müsahibim Şəbnəm Babaşova. Hazırda da ən çox oxucu sayı elə onlayn qaydada kitab əldə edənlərdir.

Oxucular səyyar xidmətdən yararlanmaq üçün yaxın ərazidəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin email ünvanına və ya əlaqə nömrələri vasitəsi ilə öz sifarişlərini qeyd edirlər. Müsahibimin sözlərinə görə, yaxın ərazilər olmayanda oxucunun virtual xidmət vasitəsilə müraciət etməsinə şərait yaradılır. Virtual xidmət də Səbail abonement.az saytı vasitəsilə həyata keçirilir.

Müxtəlif kitabxanalardan - Azərbaycanın milli kitabxanasından Firudin bəy Köçərli adına, Respublika kitabxanası, Prezident kitabxanası saytlarından, fondlarından həmin kitabların pdf formatını oxucuya təklif edilir və linklər vasitəsilə həmin oxucunun email ünvanına göndərilir.
Virtual metoddan istifadə edə bilməyənlərin sayı da az deyil. Bunun üçün də oxucu, mütaliə edənlərin sayı çox olsun deyə kitabxana əməkdaşlarının bütün üzvü təmannasız olaraq yerində səyyar xidmət göstərirlər. Kitabxanaya gələ bilməyənlər, gəlməkdə məhdudiyyəti olanlar, çətinliyi olanlar, işdən çıxa bilməyən insanlar üçün səyyar xidmət nəzərdə tutulub. Suraxanı, Sabunçu, Xəzər, Yasamal, Binəqədi, Səbail, Qaradağ rayonlarında Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Mirzə Ələkbər Sabir adına müstəqil kitabxana klubunda səyyar xidmət fəaliyyət göstərir.

AİDA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər