00:00:00
Yazar
Admin User
02.09.2025 17:52 126 1 dəq oxuma
Siyasət

Vladimir Putin və Emoməli Rəhmon ŞƏT sammiti çərçivəsində görüşüblər

Vladimir Putin və Emoməli Rəhmon ŞƏT sammiti çərçivəsində görüşüblər

Vladimir Putin və Tacikistan prezidenti Emoməli Rəhmon ŞƏT sammiti çərçivəsində görüşüblər.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Əli Mustafa bildirib ki,Tacikistanla Rusiyanın hərtərəfli və ciddi əməkdaşlığı mövcuddur.


“Şanxay Əməkdaşlıq Təşkilatı kifayət qədər geniş platformadır. Burada türk-islam respublikaları, Rusiya və Çin, Hindistan və digər dövlətlər təmsil olunurlar. Təbii ki, Tacikistanla Rusiyanın hərtərəfli və ciddi əməkdaşlığı mövcuddur. Ümumiyyətlə, Tacikistan Rusiyanın hərbi bazalarının yerləşdiyi ölkələrdən biridir. Bir çox sahələrdə onların qarşılıqlı əlaqələri və əməkdaşlığı davam edir. Yəqin ki, bu görüşdə də tərəflər regional, siyasi və iqtisadi məsələləri müzakirə ediblər.


Mümkündür ki, söhbətlərdə bir sıra regional məsələlər, o cümlədən keçmiş sovet məkanındakı münaqişələrlə bağlı mövzular da gündəmə gəlsin. Eyni zamanda, Tacikistanın özündə də bu gün həm sosial, həm də təhlükəsizlik baxımından ciddi problemlər mövcuddur. Ona görə də ehtimal olunur ki, görüşdə bu məsələlər də müzakirə olunub”.


Şehrin Musayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər