00:00:00
Yazar
Lalə Qafarova
24.04.2026 21:24 28 1 dəq oxuma
Sosial

WUF13 və Təhsil: Paytaxtı nə gözləyir?

WUF13 günlərində Bakıda dərslərin formatı dəyişir. Təhsil eksperti İlqar Orucov bu müvəqqəti keçidin təhsilin keyfiyyətinə təsirini və pandemiyadan qalan onlayn təcrübənin üstünlüklərini şərh edib. Detallar xəbərimizdə.
WUF13 və Təhsil: Paytaxtı nə gözləyir?

Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə əlaqədar təhsil sistemində müvəqqəti dəyişikliklər tətbiq olunacaq. Elm və Təhsil Nazirliyinin qərarına əsasən, may ayının 18-dən 22-dək paytaxtın bəzi orta məktəblərində tətil elan ediləcək, ali təhsil müəssisələrində isə dərslər distant formada təşkil olunacaq.

 

Mövzu ilə bağlı "İnformator.az"a təhsil eksperti İlqar Orucov bildirib ki, bu qərar qlobal tədbirin səmərəli keçirilməsinə xidmət edir:

 

 

"Hesab edirəm ki, təhsil formatının qısa müddətə dəyişməsi sistemə mənfi təsir göstərməyəcək. Pandemiya dövründən qazanılan təcrübə sayəsində həm müəllimlər, həm də tələbələr texniki baxımdan bu prosesə tam hazırdırlar. Beş günlük keçid akademik geriləmə yaratmaq üçün çox qısa bir müddətdir". 
 

Ekspertin sözlərinə görə, may ayının imtahanlar baxımından həlledici mərhələ olmasına baxmayaraq, formalaşmış onlayn təhsil vərdişləri prosesin effektiv idarə olunmasına imkan verir:

 

"Gələcəkdə bu cür dəyişikliklərə yalnız məhdudiyyət deyil, həm də imkan kimi baxmaq lazımdır. Məsələn, şəhərsalma forumu fonunda coğrafiya, tarix və ekologiya kimi fənlərin real həyatdakı qlobal mövzularla inteqrasiyası təhsilin keyfiyyətini daha da artıra bilər".

 

Reyhan Quluzadə

#gündəm #WUF13 #Azərbaycan #Bakı #təhsil #distant #imtahan #may
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər