00:00:00
Yazar
Zeynəb Yunuszadə
30.04.2026 21:09 20 1 dəq oxuma
Sosial

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir

Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzində baş vermiş partlayış nəticəsində həkim-radioloq Asif Nəsirli ağır xəsarət alıb.

 

“İnformator.az” "Oxu.az" -a istinadən xəbər verir ki, hadisə ilə bağlı aparılan araşdırmalar zamanı dəhşətli faktlar üzə çıxıb.

 

Belə ki, hadisə zamanı həyatını itirən xəstə 1988-ci il təvəllüdlü Mübariz Əliyevin həmin həkimi qəsdən öldürmək istəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

 

Ağır xəsarət alan həkim Asif Nəsirli 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.

 

O, 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura pilləsini keçib.

 

A.Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışır.

#öldürmək #xəstənin #həkim #yeni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər