00:00:00
Yazar
Admin User
31.08.2025 17:15 92 1 dəq oxuma
Dünya

Xaricdəki HƏMAS liderlərini də məhv edəcəyik

Xaricdəki HƏMAS liderlərini də məhv edəcəyik

İsrail ordusu digər ölkələrdə də daxil olmaqla, HƏMAS liderlərinin məhvini davam etməyə hazırdır.

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir Qəzzada HƏMAS hərbi qanadının sözçüsü Əbu Ubeydənin məhv edilməsini şərh edərkən deyib.

"İsrail müdafiə qüvvələri bütün istiqamətlərdə və hər zaman təşəbbüskarlıq, eləcə də əməliyyat üstünlüyünə malik olmaqla hücum əməliyyatları aparır. Dünən Qəzzada HƏMAS rəhbərliyinin əksəriyyəti məhv edildikdən sonra HƏMAS-ın ən yüksək səviyyəli liderlərindən biri Əbu Ubeydəyə hücum etdik. Əməliyyatlarımız hələ bitməyib, qalan HƏMAS liderlərinin çoxu xaricdədir və biz onlara da çatacağıq",- o bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər