00:00:00
Yazar
Admin User
17.12.2025 05:02 70 1 dəq oxuma
Dünya

Yeddi ölkənin vətəndaşlarının ABŞ-yə girişi qadağan edilib

Yeddi ölkənin vətəndaşlarının ABŞ-yə girişi qadağan edilib

ABŞ Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşlarının ölkəyə girişinə tam qadağa qoyub.

 

"İnformator.az" xəbər verib ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Ağ Evin saytında yerləşdirilən fərmanında deyilir.

 

Sənədə əsasən, həmçinin 15 ölkənin - Anqola, Antiqua və Barbuda, Benin, Kot-d'İvuar, Dominikan, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa, Zambiya və Zimbabve vətəndaşlarına vizaların verilməsinə qismən məhdudiyyətlər tətbiq edilir.

 

Fərmanda bildirilir ki, ABŞ Türkmənistan vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının verilməsinə qoyulan qadağanı ləğv edib, lakin bu ölkə vətəndaşlarının immiqrant kimi ölkəyə girişinin dayandırılması qüvvədə saxlanılıb.

 



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər