00:00:00
Yazar
Ayşən Səlimova
02.03.2026 20:06 30 2 dəq oxuma
Sosial

Yeni "ağıllı işıqforlar" yol hərəkətini necə tənzimləyəcək?

Yeni "ağıllı işıqforlar" yol hərəkətini necə tənzimləyəcək?

Şəhərdə yol hərəkətinin təhlükəsizliyini artırmaq məqsədilə yeni “ağıllı işıqforlar” quraşdırılır. Müasir texnologiyalarla təchiz olunan bu sistemlər real vaxt rejimində nəqliyyat sıxlığını təhlil edərək siqnalların müddətini avtomatik tənzimləyir.

 

 

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov "İnformator.az"a aydınlıq gətirib. O bildirib ki, Hansı istiqamətdə nəqliyyatın sıxlığı daha çoxdursa, həmin istiqamətdə yaşıl işığın müddəti artırılır və beləliklə, yol hərəkəti daha çevik şəkildə idarə olunur:

 

 "Ənənəvi analoq işıqforlardan fərqli olaraq, ağıllı işıqforlar hərəkəti əvvəlcədən təyin olunan zaman intervalına görə deyil, real vaxtda nəqliyyat axınına əsasən tənzimləyir. Hansı istiqamətdə nəqliyyatın sıxlığı daha çoxdursa, həmin istiqamətdə yaşıl işığın müddəti artırılır və beləliklə, yol hərəkəti daha çevik şəkildə idarə olunur. Bu cür işıqforlar xüsusilə, problemli nöqtələrdə, kəsişmələrdə və intensiv hərəkətli sahələrdə quraşdırıldıqda daha yüksək effekt verir. Onların tətbiqi bütün tıxacları dərhal aradan qaldırmasa da, düzgün istifadə və paralel tədbirlərlə nəqliyyat sıxlığının azalmasına əhəmiyyətli töhfə verə bilər". 

 

 

Müsahib qeyd edib ki, bu texnologiyanın ölkəmizdə tədqiqatlarının davam etdirilməsi və xüsusilə, Bakı şəhəri üzrə konfliktli ərazilərdə tətbiqinin genişləndirilməsi məqsədəuyğun hesab olunur:

 

" Effektiv nəticə əldə etmək üçün yol hərəkəti qaydalarına ciddi əməl olunmalı, sürücülər və piyadalar qayda pozuntularını minimuma endirilməli və işıqfor sistemləri mövcud yol infrastrukturuna uyğun şəkildə yerləşdirməlidir. Ağıllı işıqforların istifadəsi yol hərəkəti iştirakçıları üçün əlavə tələblər yaratmır. Sürücülər və piyadalar mövcud qanunvericiliyə və yol nişanlanmasına uyğun hərəkət etdikdə sistem normal şəkildə fəaliyyət göstərir və kompleks yanaşma tətbiq olunduğu halda tıxacların təxminən 15 faizədək azalmasına müsbət təsir göstərə bilər".

 

Səmayə Səftərova

#gündəm #necə #"ağıllı #işıqforlar"
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər