Yeni Zelandiyada elektron siqaretlərə yeni qadağa
Yeni Zelandiyanın səhiyyə naziri Ayeşa Verrall qeyd edib ki, hökumət gənc əhalinin elektron siqaretdən istifadəsini azaltmaq üçün bir sıra addımlar atır.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, yeni tənzimləmə çərçivəsində avqust ayından etibarən uşaqların təhlükəsizliyini təmin etmək üçün elektron siqaretlərdə "pambıq konfeti", "çiyələk jele tortu" kimi diqqət çəkən məhsul adlarının istifadəsi qadağan olunacaq.
Hökumət yeni açılan elektron siqaret mağazalarının məktəb rayonlarına və yerli əhalinin sosial sahələrinə 300 metrdən yaxın olmayacağını da açıqlayıb.
Yeini Zelandiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, Yeni Zelandiyada son 10 ildə siqaret çəkmək nisbəti iki dəfə azalıb.
Aydan
