Yəhudi bayramında atışma: ölənlərin sayı artıb
Avstraliyanın Sidney şəhərindəki Bonday çimərliyində keçirilən Hanuka yəhudi bayramında atışma baş verib.
"İnformator.az" xəbər verir ki, bu barədə Avstraliya mətbuatı yayıb.
Atışma nəticəsində 10 nəfər ölüb, 60-dan çox insan yaralanıb.
Atəş açan iki nəfərin saxlanıldığı bildirilir.
Sidney polisinin verdiyi məlumata görə, hücum bir neçə ay əvvəldən planlaşdırılıbmış.
***
Sidneydə (Yeni Cənubi Uels ştatı) Bondi çimərliyində baş verən atışmada həlak olanların sayı 12-yə çatıb.