YouTube-dan gəlir əldə etmə şərtlərində dəyişiklik
YouTube Tərəfdaş Proqramı çərçivəsində pul qazanmaq istəyən şəxslər üçün şərtləridə müsbət dəyişikliklər edib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, YouTube kontent yaratmaq istəyənlərin səbirsizliklə gözlədiyi təkmilləşdirməni həyata keçirir. İndi YouTube-da ödəməni aktivləşdirmək daha asan olur.
YouTube-un partnyor proqramı çərçivəsində pul qazanmaq üçün ən azı 1000 abunəçiyə, il ərzində 4000 saat baxışa və ya son 90 gündə 10 milyon qısa filmə baxışa malik olmalısınız.
YouTube partnyor proqramına uyğun olmaq üçün yeni tələblər aşağıdakı şəkildədir:
500 abunəçiyə sahib olmaq
Son 90 gündə 3 yükləmə.
İl ərzində 3000 izləmə saatına və ya son 90 gündə 3 milyon Shorts baxışına çatmaq
