00:00:00
Yazar
Admin User
02.10.2025 14:04 104 1 dəq oxuma
Dünya

Yunanıstan Azərbaycanla qaz tədarükü sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Yunanıstan Azərbaycanla qaz tədarükü sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Yunanıstan Azərbaycanla qaz tədarükü sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

 

"İnformator.az"ın məlumatına görə, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Misotakis Kopenhagendə azərbaycanlı jurnalistlərə açıqlama verib.

 

O qeyd edib ki, Yunanıstan boru kəməri qazı vasitəsilə enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın töhfəsini yüksək qiymətləndirir.

 

"Biz, Yunanıstan və Avropa olaraq bu əməkdaşlığı genişləndirmək üçün əlavə imkanları nəzərdən keçiririk. Eyni zamanda Yunanıstan maye təbii qaz idxalı imkanlarını genişləndirməyə çalışır. Azərbaycanı Yunanıstan üçün uzunmüddətli və etibarlı enerji təchizatçısı kimi görürük", - Baş nazir bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər